Pakistan səfiri Kəşmir ətrafındakı vəziyyətlə əlaqədar Rusiya ilə əlaqə qurduğunu bildirdi

0
598

İslamabad, Cammu və Kəşmir ətrafında atılan addımlarla əlaqədar Moskva ilə təmasdadır. Bu sözləri Pakistanın Rusiya Federasiyasındakı səfiri Kazi Xəlilullah deyib.
“Bölgədəki vəziyyət və təhlükəsizlik təhdidləri haqqında beynəlxalq ictimaiyyəti məlumatlandırırıq. Rusiya Xarici İşlər Nazirliyində görüşüm var idi və Rusiyanın İslamabaddakı səfirinə Pakistan Xarici İşlər Nazirliyində məlumat verildi. Beləliklə, Moskvaya vəziyyət və baş verənlərlə bağlı mövqeyimiz bildirilir.” – Pakistanın Rusiya Federasiyasındakı səfiri Kazi Xəlilullah qeyd etdi.