Parisdə Putin və Merkelin görüşü başlanı
Rusiya Prezidenti Vladimir Putinlə Almaniyanın Federal Kansleri Angela Merkel arasında Parisdə görüş başladı.
İki ölkənin lideri “Normand formatlı” sammitdən əvvəl danışıqlar aparıblar.
Danışıqlar zamanı iki rusiyalı diplomatın Almaniyadan qovulması məsələsi qaldırılması istisna edilmir. Görüşdən bir həftə əvvəl, Almaniyada 40 yaşlı Gürcüstan vətəndaşının qətli ilə əlaqədar iki Rusiya diplomatını xaric edib.
Qeyd edək ki, sonuncu dəfə iki ölkənin liderləri Osaka keçirilən G20 zirvə toplantısı çərçivəsində bu ilin iyunda görüşüblər.