Türkiyənin NATO-dan uzaqlaşaraq Rusiya ilə yaxınlaşması bölgənin ən çox narahat edən məsələsidir. Belə bir bəyanatla ABŞ Müdafiə Naziri Mark Esper çıxış edib.
“Məncə, milli müdafiə strategiyamıza uyğun olaraq Rusiyaya qarşı durmağın əsas yolu müttəfiqlərimiz olan NATO –dur. Suriya və Türkiyəyə gəlincə, Türkiyənin Rusiya ilə əlaqəsi məni ən çox narahat edir. Türkiyənin NATO-nun orbitini tərk etməsindən narahatdır” – deyə amerikalı nazir ABŞ Nümayəndələr Palatasının Silahlı Xidmətlər Komitəsinin iclasında bildirib.