Peskov: Putinin planlarında Moldova prezidenti ilə görüşmək yoxdur

0
616

Iyulun 17-si Rusiya və Moldova prezidentləri Vladimir Putin və İqor Dodonun görüşü planlaşdırırlmayıb.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Xeyr. Planda elə bir görüş nəzərdə tutlmayıb” – Rusiya liderinin mətbuat katibi Dmitri Peskov qeyd etdi.
Həmin gün Putinin Belarus lideri Aleksandr Lukaşenko ilə Valaama səfər edəcəyi gözlənilir.
Qeyd edək ki, bir müddət öncə Moldovanın prezidenti İqor Dodon iyulun 17-də Rusiya Federasiyasına gedib Dövlət başçısı və “Qazprom” rəhbərliyi ilə qaz tədarükünün alınması ilə bağlı müzakirələr aparmaq niyyətində olduğunu bildirib.