Peskov:Moskva Minsk razılaşmalarını əhəmiyyətli hesab edir

0
556

Rusiya, atəşkəs də daxil olmaqla, Donbassla əlaqədar Minskdə əldə edilmiş razılaşmaları əhəmiyyətli hesab edir, onların həyata keçirilməsini nəzərdə tutur.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlamasında bildirdi.
“Minskdə əldə edilmiş razılığları həqiqətən yüksək qiymətləndiririk. Ümid edirik ki, bu saziş hərtərəfli atəşkəsin təmin edilməsi üçün konkret tədbirlərlə dəstəklənəcək. Bu çox vacibdir. Və bu məqamda, ən əsası odur ki, hər iki prezident telefon danışığı zamanı problemli və həssas məsələlərin həllində dialoq yollarını axtarmaq üçün niyyətlərini təsdiqləsinlər”- Peskov qeyd etdi.