Sankt-Peterburqdakı Tamara Moskvina idman klubundan təxminən 250 nəfər evakuasiya olundu.
Hadisəyə səbəb binada partlayıcı qurğunun olması barədə daxil olan anonim məlumatdır.
Bu barədə Regionun Fövqaladə Hallar Xidmətinin rəsmi nümayəndəsi məlumat verdi.
” İdman klubu bağlanılın. Bütün məşqlər təxirə salınıb. 250 nəfərə yaxın şəxs evakuasiya edildi”- rəsmi nümayəndə açıqlaması zamanı qeyd etdi.
Qeyd edək ki, bir müddət öncə odman klubunun baş məşqçisi Oleq Vasilyev idmançıların məşqlərinin təxirə salındığını təsdiqləyib.
Binada polis əməkdaşlarının işlədiyi bildirilir.