Peterburqda Universitet çöküb

0
517

Sankt-Peterburqşəhərindəki binada 5-ci mərtəbədən ikinci mərtəbəyə çökmə baş verdi. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verdi.
“Peterburq şəhəri Lomonosov küçəsində yerləşən Milli İnformasiya Texnologiyaları, Mexanika və Optika Milli Tədqiqat Universitetində 5 mərtəbəli binada,beşinci mərtəbədən ikinci mərtəbəyə plitələrin dağılma müşahidə olundu” deyə nazirlikdən bildirildi.
Məlumata əsasən dağıntı sahəsi təxminən 150 kv/m əhatə edir.
Binadan təxminən 60 nəfər evakuasiya edildi.
FHN əməkdaşların bildirdiyə görə çökmə, təmir zamanı texniki tələblərin pozulması səbəbindən baş verib.
Dağıntılar altında insanların ola biləcəyi ehtimal olunur.
Hadisə yerinə 54 nəfər və 14 texnika cəlb edildi.