Pompeo ABŞ-ın Rusiyanın G7-yə qayıtması üzərində işləyəcəyini təsdiqlədi

0
510

ABŞ rəhbərliyi Rusiyanın G7-yə qayıtması ilə məşğul olacaq.
Bu barədə Dövlət katibi Mayk Pompeo FOX59 WXIN və CBS4 WTTV telekanalarına verdiyi müsahibədə deyib.
“Prezident hesab edir ki, biz bunu etməliyik. Mən Prezidentə işləyirəm” – ABŞ dövlət katibi Mayk Pompeo bildirdi.
Qeyd edək ki, bir müddət öncə Amerika lideri Donald Tramp Rusiyanın G8-ə qayıtmasına qarşı çıxmayacağını bildirib. Mediada yayılan məlumatlara əsasən, fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı, ölkə prezidentləri Rusiya tərəfini növbəti sammitə dəvət etməkdə razılığa gəlib.
Öz növbəsində Rusiya Prezidenti Vladimir Putin ölkənin avropalı tərəfdaşlarla istənilən formatda işləməyə hazır olduğunu qeyd edib.