ABŞ Dövlət katibi Mayk Pompeo, Rusiya xarici işlər naziri Sergey Lavrovla Suriyanın İdlib bölgəsindəki di-eskalasiyanı müzakirə etdiyini bildirdi.
“Suriyalılar üçün həyatın asanlaşdırılmasına dair müzakirələr apardıq. Suriya torpaqlarının terrorçular üçün sığınacaq olmaması üçün hər şeyi etmək istəyirik. Suriyanın şimalında yerləşən İdlib şəhərindəki di-eskalasiyanı dəfələrlə müzakirə etdik” – Mayk Pompeo, Rusiya Xarici işlər Naziri Sergey Lavrov ilə görüşdən sonra təşkil olunmuş mətbuat konfransı zamanı bildirdi.
Qeyd edək ki, 2018-ci ilin Sentyabrın 17-də Soçi şəhərində baş tutmuş Rusiya və Türkiyə prezidentlərini arasında aparılan danışıqların nəticələrinə əsasən, iki ölkənin müdafiə nazirləri İdlibdə di-eskalasiya zonasında vəziyyətin sabitləşdirilməsi haqqında memorandum imzalayıb və Idlib şəhərində neytral bölgə yaratmağı qərara alıb.