Pompeonun Putinlə müzakirə edəcəyi mövzular açıqlandı

0
638

Rusiyaya səfər edəcək ABŞ dövlət katibi Mike Pompeo, Rusiya prezidenti Vladimir Putin və Rusiya xarici işlər naziri Sergey Lavrovla Ukrayna, Venesuela, İran, Suriya və Şimali Koreyanın ətrafında vəziyyəti müzakirə edəcək.
Bu barədə ABŞ Dövlət Departamentinin rşxüsusi nümayəndəsi məlumat verdi.
“Ukrayna, Venesuela, İran, Suriya və Şimali Koreya müzakirə ediləcək” – Dövlət Departamentinin nümayəndəsi brifinqdə jurnalistlərə bildirdi.
O, həmçinin qeyd etdi ki, tərəflər silahların idarə edilməsi məsələsini prioritet məsələ kimi müzakirə edəcək.
Dövlət Departamentinin nümayəndəsi, Birləşmiş Ştatlar Rusiya ilə yaxşı əlaqələr qurmaqda maraqlı olduğunu vurğuladı.
Qeyd edək ki, Mayk Pompeo Mayın 13-ü Moskvaya səfər edəcək.