Putin Belarus ilə tərəfdaşlığı gücləndirməyə ümid edir

0
619

Rusiya və Belarus regionları arasında 350-dən çox müqavilə imzalanıb, Moskva demək olar ki, bütün əsas sahələrdə tərəfdaşlığı daha da möhkəmləndirməyi gözləyir.
Bunu Vladimir Putin Belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşü zamanı bildirib.
“Rusiya və Belarus regionları arasında sənaye, kənd təsərrüfatı, tikinti, dərman və nəqliyyat sahəsində əməkdaşlığın dərinləşməsinə yönəldilmiş 350-dən çox saziş imzalanıb. Bu forum çərçivəsində bir sıra regionlararası sənədlər imzalanıb. Onların həyata keçirilməsi demək olar ki, bütün əsas sahələrdə Rusiya-Belarusun tərəfdaşlığını daha da gücləndirəcəkdir” – Putin qeyd etdi.