Putin Boliviya prezidenti ilə görüşdü

0
740

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Moskvada səfərdə olan Boliviya prezidenti Evo Morales ilə görüşdü.
Görüş zamanı Vladimir Putin iki ölkə arasında əlaqələrinin son illərdə uğurla inkişaf etdiyini, iqtisadi əməkdaşlığın yaxşı perspektivləri olduğunu bildirdi.
Rusiya prezidenti çıxışı zamanı “İkili diplomatik əlaqələrimiz 120 ildən çoxdur ki davam edir, son illərdə isə çox uğurla inkişaf edir” söylədi.
Putinin sözlərinə görə, iki ölkə arasında ticarət həcminin mütənasib olmasına baxmayaraq, bu ilin birinci rübündə bu rəqəm 2,5 dəfə artıb.
Bundan əlavə Rusiya lideri, Evo Moralesin səfərinin iki ölkə arasındakı münasibətlərin gələcək inkişafına qatqı təmin edəcəyinə ümid etdiyini dilə gətirdi.

Öz növbəsində, Boliviya prezidenti Evo Morales Rusiya və Boliviya arasında nüvə sənayesində əməkdaşlığın inkişafına davam edəcəyi, ölkənin lityum sahəsində Rusiyanın təklifində maraqlı olduğunu bildirdi.
“Nüvə sənayesində əməkdaşlıq vacibdir, buna görə də bu əməkdaşlıq inkişaf edəcəkdir … Bundan əlavə, lityum sahəsində əməkdaşlığımızı inkişaf etdirmək istərdik” – Morales bildirdi.
Boliviya Rusiya şirkətləri ilə əməkdaşlığı yüksək qiymətləndirdiyini və investisiyaların artım tendensiyasının davam edəcəyinə ümid etdiyini detən Morales, Rusiyanın həm beynəlxalq, həm də daxili münasibətlərdə “müstəqil” hərəkət etmək hüququna malikdir fikrilə də həmrəy olduğunu bildirib.
Qeyd edək ki, görüşdə ölkə liderlərindən başqaz Rusiyanı xarici işlər naziri Sergey Lavrov, Rusiya Federasiyası prezidentinin köməkçisi Yuri Uşakov, Rusiya Federasiyasının Enerji naziri Aleksandr Novak təmsil edib. Boliviya tərəfindən isə, Boliviya Xarici İşlər naziri Diego Paris Rodrigez, Karbohidrogenlər naziri Luis Sánçez, Enerji naziri Rafael Alarkon iştirak edib.