“Hökumət və böyük şirkətlər arasında imzalanmış sənədlər çərçivəsində hər bir texnologiya istiqaməti üçün yol xəritələri hazırlanmalıdır”
Bunu Rusiya prezidenti Vladimir Putin Kremldə sənədlərin mübadiləsi mərasimində bildirdi.
“Müqavilələrə əsasən, hər bir yüksək texnoloji sahə üçün yol xəritələri hazırlanmalıdır. Onlar, əvvəlcə, texnoloji inkişafın hədəf göstəricilərini ehtiva etməlidir. Bu tanınmış göstəricidir, burada yeni bir şey yoxdur – müvafiq daxili texnologiyalara əsaslanan məhsulların istehsalı və satışı, elmi, texnoloji və sənaye infrastrukturunun təmin edilməsi.” – Putin əlavə etdi.
Qeyd edək ki, hökumət və böyük şirkətlər arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi Kremldə Rusiya Federasiyası Prezidentinin iştirakı ilə baş tutdu.