Putin daşqının nəticələrini aradan qaldırmaq üçün təlimat verdi

0
563

Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyasının Nazirlər Kabinetinə İrkutsk vilayətinin hökuməti ilə birlikdə Tulundakı yeni sənaye yerlərinin yerləşdirilməsi, yeni iş yerlərinin yaradılması məsələsinə baxılması barədə göstəriş verdi.
“Rusiya Federasiyası Hökuməti İrkutsk vilayətinin hökuməti ilə birlikdə tək sənaye iqtisadiyyatını azaltmaq və yeni iş yerləri yaratmaq məqsədi ilə İrkutsk vilayətinin Tulun şəhərində yeni sənaye sahələrinin yerləşdirilməsi məsələsinə baxmalıdır.” – Kremlin rəsmi saytında deyilir.
Qeyd edək ki, Putin vəziyyəti qiymətləndirmək üçün iyunun 30-u İrkutsk bölgəsinə səfər edib. Bir həftə öncə prezident ikinci dəfə bölgəyə gələrək, burada çox saylı zərərçəkənlə söhbət etdi, problemlərini dinlədi.
Görüşdən sonra, Vladimir Putin daşqının nəticələrini aşağı səviyyədə aradan qaldırıldığına görə məmurları sərt şəkildə tənqid edib.