Putin İtaliyaya səfər edəcək

0
519

Moskva və Roma, Rusiya Dövlət başçısı Vladimir Putinin İtaliyaya səfər vaxtı və proqramı üzərində çalışır. Bu barədə Rusiyanın İtaliyadaki səfiri Sergey Razov məlumat verdi.
“ Biz italiyalı dostlarımız ilə Rusiya prezidenti Vladimir Putinin İtaliyaya səfərinin vaxtı, proqramı və məzmunu üzərində işləyirik. Bu səfər 2 ölkə arasındaki dostluğun daha da dərinləşdirilməsi, ənənəvi dostluq əlaqələrini gücləndirməsi üçün çox ciddi bir siqnal olacaq.” – Razov, İtaliyanın L’Aquila şəhərində baş verən zəlzələnin on illiyinə həsr olunmuş konsertdən öncəki açıqlamasında bildirdi.
Razov qeyd etdi ki, “bu məsələlər razılaşdırıldıqda, səfərin vaxtı mövcud prosedura uyğun olaraq açıqlanacaq”.