Rusiya Prezidenti Vladimir Putin Avqustun 15-i beynəlxalq telefon danışığı və bir sıra işgüzar görüşlər, o cümlədən Kurqan bölgəsi rəhbərinin səlahiyyətlərini icra edən Vadim Şumkovla görüşəcək. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verdi.
“Prezident Moskvada işləyir, bu günə beynəlxalq telefon danışığı planlaşdırılıb … Kurqan vilayətinin müvəqqəti qubernatoru Vadim Şumkovla görüş də daxil olmaqla bir neçə iş görüşməsi keçirəcək” – Dmiri Peskov jurnalistlərə bildirdi.
Peskovun qeyd etdiyi kimi, bu bölgə rəhbərləri ilə ənənəvi bir dialoqdur.
Qeyd edək ki, daha öncə Tümen vilayətinin qubernatorunun müavini olmuş Şumkov ötən ilin oktyabr ayının əvvəlində Kurqan vilayətinin müvəqqəti qubernatoru təyin edilib.