Rusiya Dövlət Başçısı Vladimir Putin, Litva prezidenti Gitanas Nausedanı vəzifəyə gəlməsi münasibəti ilə təbrik etdi. Bu barədə Rusiyanın Litvadaki səfirliyinin rəsmi saytında məlumat verilir.
“Hörmətli, cənab Nauseda, Litva Respublikasının Prezidenti vəzifəsinə gəlməniz münasibəti ilə sizi təbrik edirəm. Sizə uğurlar, eləcə də sağlamlıq və rifah diləyirəm.” – təbrikdə deyilir.
Qeyd edək ki, Litva prezident seçkilərinin ikinci turunda qalib gələn İqtisadçı Naousa ölkə parlamentində and içdi və respublika başçısı vəzifəsinin icraslna başladı.