Putin Merkelə “Normand formatı” sammitinə hazırlaşmağın vacibliyindən danışdı

0
483

Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Angela Merkel ilə telefon danışığı zamanı müsbət nəticələr əldə etmək üçün “Normand formatı” sammitinə ciddi hazırlıqların vacibliyindən danışdı.
Bu barədə Kremlin mətbuat xidmətindən məlumat verildi.
“Rusiya Prezidenti konkret müsbət nəticələr əldə etmək üçün “Norman formatı”nın növbəti sammitinə ciddi hazırlıq işlərinin vacibliyini qeyd etdi. Bu çərçivədə Kiyevin 2015 və 2016-cı illərdə Paris və Berlində bu formatda keçirilən zirvə görüşləri zamanı əldə edilmiş razılaşmaları yerinə yetirməsinin vacibliyi vurğulandı.” – Kremlin mətbuat xidmətindən verilən məlumatda deyilir.