Rusiya Prezidenti Vladimir Putin, Monqolustana səfəri zamanı ölkə rəhbərliyi ilə strateji tərəfdaşlıq və əməkdaşlığın inkişafını müzakirə edəcəyini söylədi.
Bu barədə Putin Monqolustanın “Odriyn Sonin” qazetinə müsahibəsi zamanı məlumat verib.
“Prezident Xaltmaagiin Battulqa, Böyük Xural Məclisinin sədri Gombojavnn Zandanşatar və baş nazir Uxnaagiyn Xurelsuh ilə görüşlər zamanı Rusiya Federasiyası və Monqolustan arasında Strateji Tərəfdaşlıq Proqramının icrası da daxil olmaqla qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivlərini ətraflı müzakirə edəcəyik.” – Rusiya prezidenti Vladimir Putin Monqolustana səfər öncəsi “Odriyn Sonin” qazetinə müsahibəsi zamanı deyib.
Rusiya prezidenti, səfərin ardından ikitərəfli münasibətləri tamamilə yeni səviyyəyə qaldıracaq hərtərəfli strateji tərəfdaşlıq haqqında müqavilə imzalanacağını bildirdi.