Rusiya Prezidenti Vladimir Putin Avqustun 22-si Rusiyada rəsmi səfərdə olan Mozambik Prezidenti Filip Nyusi ilə danışıqlar aparacaq.
Bu barədə Kremlin mətbuat xidmətindən məlumat verildi.
“Görüş zamanı Rusiya-Mozambik əlaqələrinin gələcək inkişaf perspektivləri müzakirə ediləcək. Beynəlxalq və regional gündəmin əsas mövzuları çərçivəsində fikir mübadiləsi aparılacaq” – Kremldən verilən məlumatda deyilir.
Danışıqlardan sonra bir sıra ikitərəfli sazişlərin imzalanması planlaşdırılır.