Putin Müdafiə Nazirliyinin genişləndirilmiş kollegiyasında ilin yekunlarından danışacaq

0
365

Rusiya Prezidenti Vladimir Putin dekabrın 24-ü Rusiya Federasiyası Müdafiə Nazirliyinin illik genişləndirilmiş kollegiyasında Silahlı Qüvvələrin 2019-cu ildəki fəaliyyətinin yekunlarını nəzərdən keçirdəcək.
Bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib.
“Dekabrın Putin Rusiya Müdafiə Nazirliyinin illik genişləndirilmiş kollegiyasında iştirak edəcəkdir. Moskvadakı Milli Müdafiə İdarəetmə Mərkəzində keçiriləcək iclasda Rusiya Silahlı Qüvvələrinin 2019-cu ildəki fəaliyyətinin yekunlarını nəzərdən keçirəcək. Ali Baş Komandan gələcək il üçün hərbi inkişafdakı əsas vəzifələri və hərbi şöbənin fəaliyyət istiqamətlərini müəyyən edəcək” -deyə , Kremlin mətbuat xidmətindən verilən məlumatda deyilir.
Qeyd olunur ki, Rusiya Təhlükəsizlik Şurasının üzvləri, Federal Məclis rəhbərliyi, hökumətlər, hərbi bölgələrin komandirləri, RF Silahlı Qüvvələrinin birlikləri və birləşmələri Müdafiə Nazirliyinin geniş kollegiya iclasına dəvət olunub.