Putin: NATO ölkənin təhlükəsizliyinə təhdid yaradır

0
541

NATO Rusiya Federasiyasının sərhədlərinı yaxınlaşaraq ölkənin təhlükəsizliyinə təhdid yaradır. Belə bir bəyanatla Rusiya prezidenti Vladimir Putin çıxış edib.
İclasın başlamışdan öncə Kreml rəhbəri bu günlərdə NATO-nun Londonda növbəti sammitini keçirdiyini xatırladıb
Prezidentin sözlərinə görə alyans vaxtı ilə SSSR-yə qarşı mübarizə aparmaq üçün yaradılıb.
“Bildiyiniz kimi artıq nə Sovet İttifaqı nə də Varşava Paktı mövcud deyil. Yəni NATO-nun yaranmasına cavab olaraq yaradılan bir hərbi pakt yoxdur. Lakin NATO mövcud olmaqla yanaşı, dayanmadan inkişaf edir. Yarandığı dövrdə alyansa 12 dövlət daxil idisə, hazırda təşkilatın tərkibində 29 dövlət. yer alır. NATO-nun hərbi xərcləri dünya ölkələrinin ümumi ümumi hərbi xərclərinin 70% -dən çoxdur. Bu gün biz NATO-nun genişlənməsinin, Rusiya sərhədləri yaxınlığında hərbi infrastrukturunun inkişafının ölkəmizin təhlükəsizliyinə potensial təhdidlərdən biri olduğunu nəzərə almalıyıq” – Vladimir Putin Rusiya donanmasının inkişafına dair keçirilən iclas zamanı bildirib.
Kreml rəhbəri, eyni zamanda, Rusiya Silahlı Qüvvələrinin texniki yenilənməsi məsələsinə diqqət ayrıldığını və bundan sonra da diqqət ediləcəyini vurğulayıb.