
Rusiya prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırov ilə Moskvada işgüzar görüş keçirdi.
Bu barədə Kremlin mətbuat xidmətindən məlumat verildi.
Görüş zamanı Putin Çeçenistanın kifayət qədər yaxşı addımlarla inkişaf etdiyini vurğuladı.
“Bir neçə il əvvəl Çeçenistanın hansı vəziyyətdə olduğunu hamımız xatırlayırıq. Çeçen xalqının səyo və istedadı, o cümlədən sizin əzmkar səyləriniz sayəsində vəziyyət kökündən dəyişib”, – Vladimir Putin bildirdi.
Ölkə başçısı Kadırovun şəxsən “bütün həyatını” bölgənin inkişafına həsr etdiyini vurğulayaraq, atası Axmat Kadırovun respublikanın çiçəklənməsinə verdiyi töhfəni də qeyd etdi.
Bundan əlavə Putinlə və Kadırov qarşıda gələn dərs ili ümün çeçen məktəblərinin hazırlığını müzakirə etdilər.
“Sentyabrın 1-nə qədər ölkəmizdə olan 470 məktəbi hazırladıq. 282 min şagirdimiz var, 33800 uşaq birinci sinifə gedəcək … Bütün təhsil müəssisələri 100% hazırdır, bununla bağlı görüşlər keçirmişəm və şəxsən yoxlanışam” – Çeçenistan Prezidenti Ramzan Kadırov bildirdi.
Söhbət əsnasında Vladimir Putin Çeçenistana səfər edəcəyinə söz verdi.
“Çeçenistanın necə inkişaf etdiyini, necə deyərlər, öz gözlərimlə görməkdən məmnuniyyət duyaram. Yaxın gələcəkdə ora səfər edəcəm” – Vladimir Putin vurğuladı.
Qeyd edək ki bir müddət öncə Çeçenistanın Şali şəhərində dünyanın ən böyük məscidinin tikintisi başa çatıb.