Putin: Rusiya Donbasdakı həll formatlarından heç vaxt imtina etməyib

0
630

Rusiya Dövlət Başçısı Vladimir Putin ABŞ-ın və Böyük Britaniyanın iştirakı ilə “Norman formatında” danışıqların mümkünlüyünü şərh edərkən deyib ki, Rusiya Donbasdakı həll formatlarından heç vaxt imtina etməyib.
Rusiya Prezidenti “Biz Donbassla bağlı təklif olunan formatların heç birindən imtina etməmişik. “Norman formatı”-nın genişləndirilməsi də buna daxildir. Bu “Norman formatıdır” və bu görüşə yaxşı hazırlaşmaq lazımdır” dedi.
Bundan əlavə Putin, xatırlatdı ki, Britaniya Baş naziri Tereza Mey bir neçə həftə ərzində postunu təhvil verəcək.
“ O nə qismində görüşə dəvət olunur aydın deyil. ABŞ rəhbərliyi buna necə reaksiya verdiyini bilmirik. Almaniya, Fransa necə reaksiya verir bilmirik. Bunlar tədqiq edilməli suallardır. Biz heç vaxt əlaqə saxlamağdan imtina etməmişik” – Putin əlavə etdi.