Rusiya heç vaxt silah yarışına qoşulmaq istəmirdi, istəmir və qoşulmayacaq.
Bunu Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirilən iclasda deyib.
“Bildiyiniz kimi, iqtisadiyyatımız üçün dağıdıcı silah yarışında heç vaxt qoşulmaq istəməmişik, istəmirik və bu yarışda iştirak etməyəcəyik. Xatırlatmaq istəyirəm ki, Rusiya orduya xərclənən pula görə Amerika Birləşmiş Ştatları, Çin Xalq Respublikası, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, Fransa və Yaponiyadan sonra dünyada kifayət qədər təvazökar, yeddinci yerdə qərarlaşır.” – Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirilən iclasda qeyd etdi.