Putin Tacikistan prezidenti ilə görüşdü

0
641

Rusiya prezidenti Vladimir Putin Moskvada Tacikistan prezidenti Emomali Rahmon ilə görüşdü.
Putin qeyd etdi ki, Rusiya və Tacikistanda regional və qlobal gündəmin əsas aspektləri üzrə mövqeləri yaxındır, hətta eynidir.
İki ölkə başçısı, müdafiə, hərbi-texniki əməkdaşlıq və narkotik təhlükəsi ilə mübarizə sahəsində əməkdaşlığı gücləndirməkdə davam etmək barədə razılığa gəldi.
Rusiya prezidenti, Tacikistan prezidenti ilə Orta Asiyadakı təhlükəsizlik vəziyyətini, o cümlədən Əfqanıstan ərazisindən baş verən münaqişələr kontekstində ətraflı müzakirə apardığını da vurğuladı.
Bundan əlavə Putin, Tacikistanda Rusiyanın 201-i hərbi bazasının Orta Asiyada sabitliyin qorunmasında əhəmiyyətli rolunu qeyd etdi.
“Orta Asiya regionunda sülhün və sabitliyin qorunmasında Rusiyanın 201-i hərbi bazası mühüm rol oynayır” – Putin qeyd etdi.
Öz nüvbəsində Tacikistan prezidenti Emomali Rahmon Vladimir Putini Tacikistana səfər etməyə dəvət etdi.
“Mən məmnuniyyətlə Vladimir Vladimiroviçi əlverişli vaxtda Tacikistana səfərə etməyə dəvət etdim” – Rahmon bildirdi.
Qeyd edək ki, Tacikistan prezidenti Aprelin 16-sı iki günlük iş-güzar səfər ilə Moskvaya gələrək, Rusiya Baş naziri Dmitri Medvedev və Dövlət Duması spikeri Vyacheslav Volodin ilə görüşdü.