“Türk Axını” qaz boru kəmərinin Serbiya ərazisindən keçən hissənin çəkilişi yaxın həftələrdə başa çatdırılacaq. Bu barədə Rusiya prezidenti Vladimir Putin məluma verdi.
“Serbiya, Avropanın cənubundakı “Türk Axını” qaz boru kəmərinin quruda davamı olan qaz ötürücü sisteminin inşasına qoşulub. Borunun Serbiya ərazisindən keçən hissəsinin çəkilişi yaxın həftələrdə başa çatdırılacaq”, – deyə Rusiya lideri Vladimir Putin Serbiya Prezidenti Aleksandr Vuçiçlə danışıqlardan sonra keçirilən mətbuat konfransında qeyd edib.
Kreml rəhbərinin sözlərinə görə, Serbiyada yerləşən yeraltı qaz anbarlarının həcminin 750 milyondan 2 milyard kubmetrə qədər artırılması barədə razılıq əldə edilmişdir.