Putin Ukraynada əfv haqqında qanunun olmamasına təəccübləndi

0
431

Rusiya Prezidenti Vladimir Putin Donbasdakı hadisələrdən sonra Ukraynada amnistiya haqqında qanunun işləmədiyinə təəccübləndi. Kreml rəhbərinin sözlərinə görə, bu məsələ 2015-ci ildən bəri danışılır.
“Müzakirə sahələrindən biri də, tanınmamış respublikalarda yaşayan insanların təqib edilməsidir. Amnistiya haqqında qanun hələ də qəbul edilməyib. Bu məsələ ilə bağlı 2015-ci ildə razılıq əldə etmişik, qanun qəbul olundu, orada bəzi qərarlar var, amma heç bir şey qüvvəyə minməyib, heç bir qanun işləmir.” – deyə, Rusiya lideri Vətəndaş Cəmiyyətinin və İnsan Hüquqlarının İnkişafı üzrə Prezident Şurasının üzvləri ilə görüşü zamanı deyib.