Putin Ursula von der Leyeni təbrik etdi

0
663

Rusiya prezidenti Vladimir Putin Avropa Komissiyasının sədri seçilməsi ilə əlaqədar Ursula von der Lyayenə təbrik teleqramı göndərərək, Rusiya Federasiyasının Avropa Birliyi ilə aktual məsələlərlə bağlı konstruktiv dialoqa hazır olduğunu bildirdi.
Bu barədə Kremlin mətbuat xidmətindən məlumat verildi.
“Rusiya dövlətinin rəhbəri Ursula von der Lyayenin zəngin siyasi təcrübəsi və beynəlxalq nüfuzunun Avropa Komissiyasının konstruktiv işinə öz töhfəsini verəcəyinə və AB ilə Rusiya arasında bərabər və qarşılıqlı faydalı tərəfdaşlığın bərqərar olmasına xidmət edəcəyinə əminliyini ifadə etdi” – Kremlin mətbuat xidmətindən verilən məlumatda deyilir.