Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
keçirilən mətbuat konfransı zamanı iki ölkə arasında mövcud olan viza rejimini də müzakirə etdi.
Dövlət başçıları ölkələr arasında viza rejiminin tamamilə aradan qaldırılmasının perspektivlərini də müzakirə etdilər. Putinin sözlərinə görə, bu Suriya probleminin həlli sonrasında mümkün ola bilər.
“Burada xüsusi nümayəndələrimiz arasında işlərin müəyyən parametrləri işlənib hazırlanmalıdır və bu iş davam edir” – Putin qeyd etdi.
Rusiya və Türkiyə prezidentləri hələki yalnız xidməti pasportlarının sahiblərinin viza almadan iki ölkə arasında səfər etmələrinə dair razılığa gəlməyə müvəffəq oldular.