Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutdu.
Danışıq əsnasında Liviyadakı vəziyyət müzakirə olundu. İki ölkə başçısı, Astana prosesinə uyğun Suriyadaki vəziyyətin həll prosesi ilə əlaqədar, sıx əməkdaşlığın həyata keçirilməsinə dair razılığa gəldilər.
Bu barədə Türkiyə prezidentinin administrasiyası məlumat verdi.
“Prezidentimiz, bu gün Rusiya Dövlət Başçısı Vladimir Putin ilə telefon görüşməsi etdi. İki ölkə lideri, Liviyadaki vəziyyəti müzakirə edərək, bu ölkədə sabitliyin və sakitliyin qorunması niyyətlərini yenidən təsdiqləyiblər. Suriya böhranını həll etmək üçün Astana prosesi çərçivəsində də sıx əməkdaşlığı davam etdirməyə dair razılıq əldə olundu” – məlumatda deyilir.