Rusiya prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan “MAKS-2019” aviasalonunun açılışını edib.
“Beynəlxalq Aviasiya və Kosmik Salonun iştirakçılarını və qonaqlarını salamlamaqdan məmnunam, əsas da dostumuz, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı” – Vladimir Putin bildirdi.
Onun sozlərinə görə, Moskva Rusiya aviasalona beynəlxalq diqqəti yüksək qiymətləndirir.
Putinin sözlərinə görə, təyyarə istehsalının perspektivləri geniş beynəlxalq əməkdaşlıqdan, dizaynerlərin, elm adamlarının qarşılıqlı münasibətlərindən və istehsal güclərindən səmərəli istifadədən asılıdır.
Sonda Prezident “MAKS-2019” iştirakçılarına və qonaqlarına uğurlar, səmərəli görüşlər və başlarının üstündə aydın səma arzuladı.