Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub. Danışıq zamanı Suriyanın İdlib şəhəri və regionun şimal-şərqindəki vəziyyətin sabitləşdirilməsi ilə bağlı razılaşmaları müzakirə edilib. Bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib.
“”Ölkə liderləri İdlibdə və Suriya Respublikasının şimal-şərqində vəziyyəti sabitləşdirmək üçün Rusiya-Türkiyə razılaşmaları kontekstində də fikir mübadiləsi aparıblar. O cümlədən terror qruplaşmalarına qarşı birgə səylərin qurulmasının vacibliyi də vurğulanıb” – Kremlin mətbuat xidmətindən verilən məlumatda deyilir.
Qeyd edək ki, iki ölkə prezidentlərinin telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.