Putin və Ərdoğan Suriya və Liviyadakı vəziyyəti müzakirə etdilər

0
491

Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub. Danışıq zamanı Suriya və Liviyadakı vəziyyətə dair fikir mübadiləsi aparıldı. Bu barədə Kreml rəhbərinin mətbuat katibi Dmitri Peskov məlumat verdi.
Bundan əvvəl, Türkiyə liderinin administrasiyası, prezidentlərin ilk növbədə Suriyanı, habelə ikitərəfli münasibətləri və regional problemləri müzakirə etdiklərini bildirib.
Ərdoğan rusiyalı həmkarı ilə telefon danışığı zamanı Liviyadakı vəziyyəti müzakirə etmək niyyətində olduğunu və onu marşal Xəlifə Haftarın dəstəyindən imtina etməyə inandıracağını söylədi. Türkiyə Prezidenti Suriyada Rusiya Federasiyası və ABŞ-la birgə fəaliyyətdən narazılığını da bildirdi. Onun sözlərinə görə, hər şey yaxşılığa doğru gedir, amma bu Ankaranın istədiyi şəkildə deyil.