Putin və Kim Çen In arasında görüş başa çatdı

0
564

Rüsiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In arasındaki görüş başa çatdı. Görüş Uzaq Şərq Federal Universitetinin Russki adasında yerləşən kampusunda keçirildi.
Putin, KXDR lideri Kim Çen In ilə Şimali və Cənubi Koreyanın Rusiyaya aid dəmir yolu layihəsini müzakirə etdiyini açıqladı.
“Biz ilk dəfə deyil ki, bu barədə danışırıq. Bu, həmçinin, Koreya yarımadasının cənubu və şimalının Trans-Sibir dəmir yolu ilə birbaşa əlaqədir.” – Putin qeyd etdi. Rusiya lideri əlavə etdi ki, elektrik xəttinin çəkilməsi barədə də danışıqlar mümkündür.
Danışıqlar sonrası Vladimir Putin Şimali Koreya liderinin səmimi bir şəx olduğunu bildirdi.
“Şimali Koreya Başçısı Kim Çen In, gündəmdə olan bütün mövzularda ikitərəfli əlaqələr, sanksiya məsələləri, Birləşmiş Millətlər Təşkilatı, Birləşmiş Ştatlar Və KXDR arasındaki əlaqələri barədə səmimi müzakirələr apardı” – Rusiya Dövlət başçısı bildirdi.