Rusiya Federasiyasının prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı baş tutdu.
Bu barədə Kremlin mətbuat xidməti məlumat verdi.
Prezidentlər Rusiya-Belarus münasibətlərinin aktual məsələlərini müzakirə edərək, Birlik dövlətləri çərçivəsində əməkdaşlığın davamlılığını qeyd etdilər.
“Avrasiya İqtisadi Birliyinin formatında inteqrasiya proseslərinin mövzusuna da toxunuldu”- Kremlin mətbuat xidmətində bildirilir.