Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Emanuel Makron arasında telefon danışığı baş tutdu. Danışıq zamanı gələcəkdə nəzərədə tutulan müxtəlif formatlı görüşlər ətrafında fikir mübadiləsi aparıldı.
Bu barədə Kremlin mətbuat xidmətindən məlumat verildi.
“Fransız tərəfinin təşəbbüsü ilə Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub. Qarşıdan gələn müxtəlif formatlı görüşlərin müzakirəsi aparılıb” – Kremlin mətbuat xidmətindən verilən məlumatda deyilir.
Həmçinin, ölkə başçıları Suriya ətrafında vəziyyəti müzakirə edib.
Prezidentlər Suriyadakı siyasi bir həll yolunun əldə edilməsinin və münaqişənin nəticələrinin aradan qaldırılmasının vacibliyini vurğulayıblar.
“Suriyadakı vəziyyətlə əlaqədar fikir mübadiləsi aparıldı, siyasi həll yolunun əldə edilməsi və silahlı münaqişənin nəticələrini aradan qaldırılmasının əsas əhəmiyyəti vurğulandı.” – verilən məlumatda deyilir.
Bundan əlavə, Fransa prezidenti Emmanuel Makron Rusiya Dövlət Başçısı Vladimir Putinin söhbətində 2020-ci il mayın 9-da, Qələbə gününün 75 illik yubileyinə həsr olunmuş tədbirinə dəvətini məmnuniyyətlə qəbul etdi.