Rusiya prezidenti Vladimir Putin, Amerikalı həmkarı Donald Tramp ilə etdiyi telefon görüşməsində, Venesuelanın işlərinə müdaxilənin və güclü şəkildə hakimiyyəti dəyişmə cəhdlərini, böhranın siyasi yol ilə həll olunmasına ciddi zərbə vurduğunu bildirdi.
Bu barədə Kremlin mətbuat xidməti məlumat verdi.
“Venesuela ətrafındakı vəziyyətlə əlaqədar fikir mübadiləsi zamanı Rusiya prezidenti yalnız Venesuela vətəndaşlarının öz ölkələrinin gələcəyini təyin etmək hüququna malik olduğunu vurğuladı. Eyni zamanda, ölkənin daxili işlərinə xarici müdaxilə, böhranın siyasi həllinin perspektivlərinə zərbə vurur” -Kre mldən verilən məlumatda deyilir.
Qeyd edək ki, bir saat yarım davam edən telefon danışığı Amerika prezidentinin təşəbbüsü ilə baş tutdu.