Qəzaya uğrayan Su-25 qırıcısının pilotlarının cəsədləri qəza yerində aşkarlanıb

0
642

Rusiyanın Stavropol vilayətində qəzaya uğrayan “Su-25” döyüş təyyarəsinin pilotlarının cəsədləri qəza yerində tapılıb.
Bu barədə bolgənin fövqəladə hallar xidmətinin nümayəndəsi məlumat verdi.
Müdafiə Nazirliyindən verilən məlumata əsasən, ölən pilotların heç biri katapult əməliyyatını həyata keçirə bilməyib. Onların cəsədləri qəza zamanı yerə üç metrdən çox dərinliyə girən təyyarənin göyərtəsindən çıxarıldılıb.
Qeyd edək ki, taktiki-hazırlıq uçuşları həyata keçirən “Su-25UB” qırıcı təyyarəsi Budennovsk rayonundan təxminən 38 kilometr cənub-qərbdə qəzaya uğrayıb.