Qana prezidenti Nana Akufo-Addo Rusiya dövlət başçısının oktyabrda Soçidə keçiriləcək ilk Rusiya-Afrika sammitində iştirak etmək dəvətini qəbul etdi.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Qana xarici işlər naziri Şirley Ayorkor-Botçuey ilə danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında açıqladı.
“Bu ilin oktyabr ayında Soçidə keçiriləcək Rusiya-Afrika ilk zirvə görüşünə hazırlıqları nəzərdən keçirdik. Qana Prezidenti Vladimir Putinin dəvəti qəbul etdiyinə və bu tədbirdə fəal iştirak edəcəyinə görə minnətdarıq. Bu sammitin yekun sənədlərinin hazırlanmasını müzakirə etdik. Əminəm ki, bu, Rusiya-Afrika əlaqələrinin bütün kompleksinin inkişafına töhfə verəcək” – Rusiya xarici işlər naziri Sergey Lavrov bildirdi.
Qeyd edək ki, Rusiya və Qana, ortaq layihələrin həyata keçirilməsi üçün ticarət və investisiya əməkdaşlığını artırmağa, o cümlədən ikitərəfli hüquqi bazanı inkişaf etdirməyə çalışır.