Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 4-də Bratislavada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zohrab Mnatsakanyan ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında Qarabağ tənzimlənməsi ilə bağlı görüş keçirəcəklər.
“İclas ATƏT Nazirlər Konfransı çərçivəsində və dekabrın 4-də Bratislavada ATƏT-in Minsk Qrupunun həmsədrləri vasitəsilə keçiriləcək”, – deyə mətbuat xidməti bildirib.