Qarpız və yemişi çox yeyin

0
565

Rus mütəxəssislər, avqust ayının ən faydalı meyvə və giləmeyvələrini açıqladılar. Bele ki, Moskva Kənd Təsərrüfatı Məhsullarının, Xammal və Yeməklərin keyfiyyəti üzrə Dövlət Müfəttişliyinin mütəxəssisləri, avqust ayında bəslənmə rasionuna qarpız və yemişi əlavə etməyi məsləhət gördülər.
«Bədəni vitaminlərlə zənginləşdirmək üçün, avqust təzə albalı, üzüm və dəniz ağtikanını daha çox qəbul edin. Təəccüblüdür, amma dəniz ağtikanında 8% yağ var. Tibbdə dəniz ağtikanı xora və digər mədə-bağırsaq xəstəliklərini müalicə etmək məqsədi ilə istifadə olunur” – mütəxəssislər qeyd edir.
Mütəxəssislər qarpızı isti havada bəslənməyə daxil etməyi məsləhət görürlər. Tərkibində dəmir duzları çox olan bu giləmeyvə susuzluğu mükəmməl aradan qaldıracaqdır. Məlumatda “Yemişin bədəndə C vitamini və karotinin çatışmazlığını ödəyə bilər” deyilir.
Bundan əlavə Pomidor, şirin bibər və badımcan Avqust menyusunun əsas komponentləridir.
Və əlbətdə ki, nişasta və C vitamini ilə zəngin olan gənc kartof bu siyahıya aiddir. 300 qram kartof bir insanın 70-75% C vitaminə olan gündəlik tələbatını ödəyə bilər.