Qazaxıstan Müdafiə Nazirliyinin helikopteri qəzaya uğradı

0
525

Qazaxıstan Müdafiə Nazirliyinə məxsus Mi-8 helikopteri qəzaya uğrayaraq tamamilə yandı, qəzanın səbəbləri araşdırılır. Helikopterin göyərtəsində 13 nəfərin olduğu bildirilir. Bu barədə Qazaxıstan Fövqaladə Hallar komitəsinin rəsmi nümayəndəsi Nursultan Nurahmetov məlumat  verdi.
Qazaxıstanın Jalaqaş rayonunda Mi -8 helikopterin qəzaya uğraması barədə məlumat daxil oldu. Məlum olmayan səbəblərdən helikopter qəzaya uğrayaraq tamamilə yandı. Bu helikopter Qazaxıstan Respublikası Müdafiə Nazirliyinə məxsusdur”- Nurahmetov bildirdi