Roma Papası Fransis, Rus opera müğənnisi Svetlana Kasyanın dəvətinə cavab olaraq, Rusiyaya səfər etmək istədiyini söylədi.
“Asianews” agentliyinin verdiyi məlumata görə, sənətçi İtaliyada qastrol səfərində olub və iyulun 24-də Veronada “Aida” operasının ifasından sonra Vatikanda qəbul edilib.
Papa Svetlananın ailəsi ilə görüşdə, müğənnini ad günü münasibətilə təbrik edib. Buna cavab olaraq Kasyan onu Rusiyaya getməyə və Müqəddəs Martin Kilsəsinin yerləşdiyi Taganskaya Meydanına baş çəkməyə dəvət etdi.
“Rusiyaya məmnuniyyətlə gəlmək istərdim, bu vəziyyətdə təbii ki, oranı ziyarət edəcəm” – Roma Papası qeyd etdi.