Rostovda bina yandı, ölənlər var

0
604

Rostovda hündürmərtəbəli yaşayış binasında yanğın baş verdi.
Hadisə nəticəsində bir qadın və bir uşaq dünyasını dəyişdi.
Bu barədə Rusiyanın Rostov vilayətindəki Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi jurnalistlərə məlumat verdi.
Onun sözlərinə görə, Eremenko küçəsində yerləşən 10 mərtəbəli yaşayış binasında baş verən yanğın 40 kvadratmetr ərazini əhatə edib.
Yanğın səbəbi ilə binadan 30 nəfər sakin evakuasiya edildi.
Hadisə yerinə FHN-nin 24 nəfər şəxsi heyyəti cəlb olunaraq, alovun qarşısı alındı.