İran lideri Həsən Ruhani bildirib ki, Suriya hər hansı ad altında fəaliyyət göstərən terrorçülardan azad edilməlidir. Ruhaninin bu yanaşmasını Rusiya və Türkiyə liderləri də dəstəklədi.
“Hər kəs gərginliyin azaldılması, eyni zamanda ölkələrin orda olan qüvvələrin mövcudluğunun müvəqqəti olduğunu qəbul edeb. Idlib Suriya dövlətinin bir hissəsidir, terrorçular bu ölkəni tərk etməlidir” –
deyə Ruhani qeyd edib.
İran prezidentinin sözlərinə görə, beynəlxalq ictimaiyyət qaçqınların qaytarılması və ölkənin yenidən qurulması məsələsində Suriyaya kömək etməlidir.
Ruhani bildirib ki, Tehran ABŞ-ın Yaxın Şərqə qarşı siyasətini yenidən nəzərdən keçirəcəyinə ümid edir.
“Son 20 il ərzində Amerika regionumuzda, Əfqanıstanda, İraqda, Suriyadavə və günü bu gün Yəməndəki dağıdıcı rol oynayır.
ABŞ-ın rolu heçvaxt müsbət olmayıb.
Biz fikirləşirik ki ABŞ öz siyasətini dəyişdirməlidir” – deyə İran lideri əlavə edib.