Moskva ABŞ-ın yeni sanksiyaları olacağı təqdirdə, Venesuelaya olan yanaşmadan geri çəkilməyəcək.
Bu barədə Rusiya Xarici işlər nazirinin müavini Sergey Ryabkov məlumat verdi.
“Amerika zaman sanksiyalarla hədələyir, sanksiyalardan başqa bir şeyləri yoxdu. Nəticədə, Amerikanın dünyadakı təsirini artırmaq əvəzinə, onlar ölkənin imicini məhv edir” – Sergey Ryabkov bildirib.
Qeyd edək ki, bir müddət öncə, ABŞ-ın Venesuela üzrə xüsusi nümayəndəsi Elliot Abrams Vaşinqtonun Venesuela hökumətinin dəstəyi səbəbindən Rusiyaya qarşı sanksiya tətbiq etmək imkanlarını nəzərdən keçirdiyini bildirib.