Rusiya silahlıları Ermənistan dağlarında keçirilən təlimlər zamanı şərti düşmən düşərgəsini məhv edib.
Bu barədə Cənub Hərbi Dairənin mətbuat xidmətindən məlumat verilib.
“Ermənistandakı Rusiya hərbi bazasının artilleriya bölmələrinin hərbçiləri yüksək dağlıq ərazilərdə ikitərəfli komandanlıq və şəxsi heyətin təlimləri çərçivəsində pilotsuz uçan aparatlardan istifadə edərək şərti düşmən düşərgəsini məhv etdi” – Cənub Hərbi Dairənin mətbuat xidmətindən verilən məlumatda deyilir.
Qeyd edək ki, İkitərəfli komanda-heyət təlimləri 26 avqust – 1 sentyabr arasında keçiriləcək.