Rusiya nümayəndə heyəti ATƏT və AŞPA-nın payız sessiyalarında ABŞ-ın silahlara nəzarət sistemini məhv etmək məqsədi ilə təcavüzkar siyasəti məsələsini qaldırmaq niyyətindədir.
Bunu Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski söyləyib.
“Rusiya həmişə dünya sabitliyinin və təhlükəsizliyinin möhkəmləndirilməsini müdafiə edir və dəstəkləyir. Rusiya nümayəndə heyəti ATƏT və AŞPA-nın payız sessiyalarında ABŞ-ın silahlara nəzarət sistemini məhv etmək üçün təcavüzkar siyasəti məsələsini qaldırmaq niyyətindədir. Avropa parlamentariləri mövqelərini qətiyyətlə bildirməli və başqa bir raket böhranının qarşısını almaq üçün hər şeyi etməlidirlər. Bu bizim kollektiv məsuliyyətimizdir.” – Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski bildirdi.
Qeyd edək ki, yaxın və orta mənzilli raketlərin ləğvi müqaviləsinin dağılmasında da Leonid Slutski ABŞ-ın məsul olduğunu vurğuladı.