Rusiya Avstriya Kanslerindən münasibətlərin daha da dərinləşməsini gözləyir

0
657

Rusiya Avstriyanın keçici hökumətindən ikitərəfli münasibətlərin dərinləşdirilməsi işlərinin davam etdirilməsini gözləyir/
Bunu Rusiyanın Avstriyadaki səfiri Dmitri Lyubinski bildirdi.
“Soçidə keçirilən son sammitdə ikitərəfli əlaqələrin dərinləşdirilməsi və razılaşdırılan proqramların həyata keçirilməsi işində davamlılığını gözlədiyimizi təsdiq edə bilərəm” – rusiyalı səfir qeyd etdi.
Qeyd edək ki, Avstriyanın federal prezidenti Aleksandr Van der Bellen Mayın 30-u Briqit Birlen’i Respublikanın müvəqqəti Kansleri vəzifəsinə təyin etdi
Birlen Sentyabr ayında növbədənkənar parlament seçkilərinə qədər ölkənin keçid hökumətinə rəhbərlik edəcək.